2019-cu ilin yanvar-may aylarında Azərbaycanda 15 mln. 686,3 min ton neft hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-may aylarında 15 mln. 650,8 min ton (azalma 2,9%) əmtəəlik neft hasil edilib.
Yanvar-may aylarında Azərbaycanda 14 mlrd. 475,6 mln. kubmetr qaz hasil olunub (2018-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 22,6%). Hesabat dövründə əmtəəlik qaz hasilatı 10 mlrd. 83,9 mln. kubmetr (artım 40,4%) həcmində olub.
2018-ci ildə respublikada 38 mln. 758 min ton neft və 30 mlrd. 592,2 mln. kubmetr qaz hasil olunub.*
N.Abbasova