Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
“Tərəflər bölgədəki vəziyyəti, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyətini müzakirə ediblər”, - deyə XİN-in mətbuat katibi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.
O, həmçinin qeyd edib ki, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyindəki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.*
F.İsazadə