ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
“Vaşınqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər”, - deyə məlumatda bildirilir.
3 saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib.
“Azərbaycan tərəfi, bundan öncə Paris və Moskvada eyni formatda keçirilmiş görüşlərin davamı olaraq, bu ilin 20 iyun tarixində Vaşınqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdiyi üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində ABŞ-a minnətdarlığını ifadə edir”, - deyə XİN-in bəyanatında qeyd olunur.*
Ə.Məmmədov