Təhsil Nazirliyi 2019-2020-ci tədris ilinə dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çapına 12 mln. 269,746 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, nazirlik bununla bağlı 5 müqavilə bağlayıb.
“Aspoliqraf LTD” MMC ilə 95 adda 2235633 nüsxə dərslik və metodik vəsaitlərin çapı işlərinin satın alınmasına dair 4 mln. 842,614 min manat dəyərində, “Radius” MMC 16 adda 424371 nüsxə dərslik və metodik vəsaitlərin çapı işlərinin satın alınmasına dair 1 mln. 499,998 min manat dəyərində, “Şərq-Qərb” ASC ilə 136 adda 2367640 nüsxə dərslik və metodik vəsaitlərin, 21 adda 317050 nüsxə dövlət nümunəli təhsil sənədləri blanklarının çapı işlərinin satın alınmasına dair 4 mln. 874,025 min manat dəyərində, “Çaşıoğlu Elm-İstehsalat” MMC ilə 3 adda 168148 nüsxə dərslik və metodik vəsaitlərin, 40 adda 400000 nüsxə iş dəftərlərinin çapı işlərinin satın alınmasına dair 259,694 min manat dəyərində müqavilələr bağlanıb.*
R.Babayev