İstanbul Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Sadi Güven bu gün İstanbul üzrə təkrar bələdiyyə seçkilərində müxalifəti təmsil edən Ekrem İmamoğlunun qalib gəldiyini rəsmi şəkildə elan edib. Bu barədə “Daily sabah” qəzeti xəbər verir.
S.Güven bildirib ki, İmamoğlu 54,2%, onun rəqibi, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçisi Binali Yıldırım isə 44,9% səs toplayıb.
Onun sözlərinə görə, səsvermədə seçicilərin aktivliyi 84,5% olub.
Səsvermə dünən baş tutub.
Müxalifət partiyasının nümayəndəsinin qələbəsi mühüm siyasi hadisə hesab edilir. Çünki uzun illərdir İstanbul şəhəri üzrə seçkilərdə prezident Rəcəb Tayyip Ərdoğanın tərəfdarları qalib gəlirdi.*