ABŞ-ın İrana qarşı yeni sanksiyaları çətin ki, ölkəyə hər hansı təsir göstərsin. Qərb mətbuatı İran XİN-in nümayəndəsi Abbas Musəvinin sözlərindən stat gətirir.
“Biz həqiqətən bunun nə olacağını bilmirik... və hər hansı təsir göstərəcəyini də hesab etmirik”, - Musəvi qeyd edib ki, son 40 il ərzində yəqin ki, ABŞ İrana qarşı mümkün olan bütün sanksiyaları tətbiq edib.
Öz növbəsində, İran XİN başçısı Cavad Zərif ABŞ-ı İrana qarşı sanksiyalarının narkotiklərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığa əngəl törətməkdə ittiham edib. **