ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İrandan iki gözləntisi var: nüvə silahının əldə olunmasından və terrorçuların maliyyələşdirilməsindən imtinası.
“ABŞ-ın İrana qarşı tələbləri sadədi - nüvə silahından imtina və terrorçuların maliyyələşdirilməsinin dayandırılması”, - Tramp “Twitter”də yazıb.
Vaşinqtonda hesab edirlər ki, İranın beynəlxalq tərəfdaşlarla nüvə ilə bağlı imzaladığı saziş zəmanət vermir ki, Tehran heç zaman nüvə silahına çıxış əldə etməyəcək. Bundan əlavə, ABŞ uzun zamandır İranı, xüsusilə terror qruplaşması hesab etdiyi Livanın “Hizbullah” qruplaşmasının maliyyələşdirilməsində ittiham edir. **