Azərbaycan Ordusunun hərbi qulluqçuları yüksək döyüş qabiliyyətinə malikdirlər və Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazırdılar. Bunu müdafiə naziri genaral-polkovnik Zakir Həsənov deyib.
“Son genişmiqyaslı təlimlər bir daha təsdiqlədi ki, yüksək döyüş qabiliyyətli və mənəvi-psixoloji hazırlıqlı Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu prezident, Ali Baş Komandanın istənilən döyüş əmrini uğurla yerinə yetirməyə qadirdir”, - Həsənov Azərbaycan Ordusunun yaradılmasının 101 illiyi münasibətilə şəxsi heyətə təbrikində qeyd edir.
Nazir qeyd edib ki, həyata keçirilən irimiqyaslı islahatlar nəticəsində bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasında layiqli yerlərdən birini tutur.
Həsnov bildirib ki, bu gün ordu ən müasir texnika və avadanlıqlarla təchiz edilib. **
N.Abbasova