Bakı və Brüssel "MOBİLAZE-2" (Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək - Support to the implementation of the Mobility Partnership with Azerbaijan) layihəsinin razılaşdırılması istiqamətində iş aparır. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov məlumat verib.
"Azərbaycan və Aİ “MOBILAZE-2” layihəsini hazırlayır və onun razılaşdırılması ilə bağlı danışıqlar aparır. Bu cür layihələr ümumi maraqlara xidmət edir", - deyə o, bu gün Bakıda keçirilən Yerdəyişmə üzrə tərəfdaşlığa dair beynəlxalq konfransda bildirib.
V.Hüseynov qeyd edib ki, Azərbaycan və Aİ miqrasiya sahəsində sıx və hərtərəfli əməkdaşlıq edir.*
F.İsazadə