Beynəlxalq Valyuta Fondu 2019-cu ildə Azərbaycanda ÜDM-in artımını 2,7%, gələcək illərdə - 2,1%-dən 2,5%-dək səviyyəsində proqnozlaşdırır. Bunu BVF-nin Azərbaycanda missiyasının rəhbəri Natalya Tamirisa deyib.
“Yaşanan şoklardan sonra Azərbaycan iqtisadiyyatı tədricən bərpa olunur, son aylar ərzində çox sayda sosial tədbirlər rellaşdırlıb. Buna görə, hesab edirik ki, 2019-2020-ci illərdə Azərbaycanın qeyri-neft iqtisadiyyatı orta hesabla illik 2,7% artacaq”, - Tamirisa Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələr bitəndən sonra bu gün Bakıda mətbuat konfransında bildirib.
O qeyd edib ki, 2019-cu ilin yekunalrı üzrə bütövlükdə Azərbaycanda ÜDM-in artımı 2,7% səviyyəsində proqnozlaşdırılır, gələcək illərdə iqtisadi artım 2,1%-2,5% civarımda olacaq.
Tamirisa qeyd edib ki, cari və gələcək illərdə Azərbaycanda orta illik inflyasiya illik orta hesabla 3,3% təşkil edəcək. **
Ə.Məmmədov