Azərbaycan 2019-cu ilin yanvar-aprel aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 2 mlrd. 989,11 mln. kubmetr qaz ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 48,4% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Aprel ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 20,42%-i (724,88 mln. kubmetr) Azərbaycan qazının payına düşüb. Ötən ilin aprel ayı ilə müqayisədə tədarükün həcmi 2,5 dəfə artıb.
Aprel ayında Türkiyəyə 3 mlrd. 550,34 mln. kubmetr (2018-ci ilin aprel ayı ilə müqayisədə azalma 3,26%) qaz ixrac edilib. 2 mlrd. 862,33 mln. kubmetr boru kəməri qazının (tədarükün 80,6%-i), 688,01 mln. kubmetr (19,4%) isə LNG-nin payına düşüb. Hesabat dövründə Azərbaycanla yanaşı, İran və Rusiyadan da boru kəməri ilə qaz nəqli həyata keçirilib.
2018-ci ildə Azərbaycan Türkiyəyə 7 mlrd. 521,15 mln. kubmetr qaz ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova