Prezident İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nı təsdiq edib.
Müvafiq fərman bu gün dövlət başçısının saytında dərc olunub.
Fərmana əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 manat müəyyən edilib.
Kənd Təsərrüfatı Nazirliyinə təsdiq edilmiş Qaydaya uyğun olaraq subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin etmək tapşırılıb.
“Subsidiya” informasiya sistemi haqqında əsasnamənin layihəsi üç ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.
Maliyyə Nazirliyinə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar üzrə 2019-cu ildə yaranmış öhdəliklərin cari ildə ayrılmış büdcə vəsaiti hesabına ödənilməsi mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin etmək tapşırılıb.*
B.Rüstəmbəyov