Prezident İlham Əliyev Biləsuvar–Bəhrəmtəpə (56 km)–Çaylı–Bağbanlar–Aranlı–Zəhmətabad avtomobil yolunun tikintisi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə 5,6 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Avtomobil yolu 12 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov