Gəncə Şəhər İcra Hakimiyyəti əhaliyə göstərilən kommunal xidmətlər sahəsində istifadə olunan maşın və mexanizmlərin satın alınmasına 6 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, Gəncə Şəhər İH qeyd olunan məhsulların satın alınmasına dair “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri 5,985 mlın. manatdır.
Gəncə avtomobil zavodu 2004-cü ilin dekabr ayından fəaliyyət göstərir. Zavod 2006-cı ildən Gəncədə Belarus istehsalı olan bütün növ yük avtomobilləri və traktorların yığılmasını həyata keçirir. **
N.Abbasova