2019-cu il iyulun 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $59,5 mln.-a yaxın (cari məzənnə ilə) vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“İyulun 1-nə Silahlı Qüvvələrin Yardım Fonduna 100 mln. 742,3 min manat (cari məzənnə ilə $59,2 mln.), $213,578 min, 16,936 min EUR və 5 min rubl vəsait daxil olub”, - məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**
A.Əzizov