2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 3 mlrd. 139,3 mln. manat təşkil edib. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 mlrd. 899,4 min manat köçürülüb. Beləliklə, hesabat dövründə nazirliyin xətti ilə dövlət büdcəsinə daxilolmalar 8,3% artıb.
5 ay ərzində Vergilər Nazirliyi dövlət büdcəsinə köçürmələr üzrə planı 110,1% yerinə yetirib.
Yanvar-may ayları əzində qeyri-neft-qaz sektorunun xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 2 mlrd. 166,1 mln. manat (2018-ci ilin analoji dövrü ilə müqayisədə artım 16,1%) təşkil edib. Bütövülkdə, qeyri-neft-qaz sektoru Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə bütün daxilolmaların 69%-ni təmin edib.
Özəl sektor üzrə daxilolmalar ümumi həcmin 76,8%-ni təşkil edib.
Məlumatda qeyd olunur ki, 1 iyun 2019-cu il tarixinə fəal vergi ödəyicilərin sayı 452,242 min nəfər təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,1% çoxdur. Hesabat dövründə ƏDV ödəyicilərinin sayı 40% - 21,394 min nəfərədək artıb.
Ümumilikdə, iyunun 1-nə fəal hüquqi şəxslərin sayı 71,93 min təçkil edib (2018-ci ilin iyun ayının əvvəlinə ilə müqayisədə artım 18,1%), fiziki şəxslərin – 380,312 min təşkil edib (artım 12,2%).
Vergilər Nazirliyinin 2019-cu il dövlət büdcəsinə köçürmələr üzrə planı 7 mlrd. 316 mln. manat təşkil edir. **
Ə.Məmmədov