Azərbaycan, Rusiya və İran rəhbərlərinin görüşünün avqust ayının 14-də keçiriləcəyi gözlənilir. Bu barədə Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanov məlumat verib.
"Yeni format - Azərbaycan, Rusiya, İran formatı yaradılıb. Bildiyim qədər, bu görüş avqustun 14-də Rusiyada keçiriləcək", - deyə İ.Umaxanov bu gün Federasiya Şurasında İran İslam Şurası Məclisinin sədr müavini Məsud Pezeşkianla görüşdə bildirib.
Daha əvvəl verilən məlumata görə, Azərbaycan, Rusiya və İran dövlət başçılarının görüşünün Soçidə keçirilməsi planlaşdırılır.*