Prezident İlham Əliyev Astara rayonunda avtomobil yolunun tikintisi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Ərçivan–Artupa–Səncərədi–Alaşa–Züngüləş avtomobil yolu 15 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
N.Abbasova