2019-cu ilin birinci yarısında Azərbaycanda 101,7 min əmək müqaviləsi bağlanıb, bu da 2018-ci ilin göstəricisindən 7,3% çoxdur (91,3 min - İF). Bu barədə “İnterfaks-Azərbaycan”a Vergilər Nazirliyindən məlumat verilir.
Özəl sektorda 77 min müqavilə bağlanıb, bu da 2018-ci ilin göstəricisindən 14% çoxdur.
“Yanvar-iyun aylarında bağlanmış əmək müqavilələrinin təqribən 76%-i özəl sektorun payına düşüb. Eyni zamanda, yalnız iyunda özəl sektorda 11 min müqavilə bağlanıb. 77 min müqavilənin 26,3%-i ticarət, 18,9%-i – xidmətlər, 18,7%-i sənaye sahəsində bağlanıb”, - nazirlikdən qeyd ediblər.
Bildirilir ki, 2019-cu ildə sosial sığorta və işsizlikdən sığorta haqları üzrə əlavə daxilolmalarda artım müşahidə olunur.
“2019-cu ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 1 mlrd. 21,6 mln. manat təşkil edib, bu sahədən daxilolmalar üzrə proqnozlar 113,8% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,9% artaraq 667,5 mln. manat təşkil edib, proqnozlar 117,1% icra olunub”, - nazirlikdən qeyd ediblər.
5 ay ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar 74,2% artaraq 39 mln. manat təşkil edib. **
Ə.Məmmədov