“VisaInternational” şirkəti Kristina Doroşu Qafqaz regionu üzrə direktor təyin edib. Bu barədə şirkətin məlumatında deyilir.
“K.Doroş bu yeni vəzifəsində əsas diqqətini “Visa” şirkətinin regionun bazarlarındakı fəaliyyətinə və Qafqaz regionunda elektron ödənişlərin genişlənməsinə yönəldəcək.”, - deyə məlumatda bildirilir.
K.Doroş yeni təyinatından məmnunluq duyduğunu deyib. “Bu, regionda müştərilərimizə daha çox innovasiya və fayda təqdim edə bilmək və ödənişlərin gələcəyini formalaşdırmaqla və regionda yenilikləri təşviq etməklə bazarda mövcudluğumuzu gücləndirmək üçün əla imkandır”, - deyə K.Doroş vurğulayıb.
Xəbər verildiyi kimi, “VISA” Azərbaycanda iştirakını genişləndirmək niyyətindədir. “Biz Azərbaycana investisiya qoyuluşlarını artırmağı planlaşdırırıq. Biz Azərbaycan bazarında böyük potensial görürük və həm bazar tənzimləyiciləri, həm də banklar, maliyyə və texnologiya şirkətləri ilə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq”, - deyə K.Doroş “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.*
Ə.Məmmədov