Azərbaycan prezidenti İlham Əliyev Bakı və Vaşinqton arasında bir sıra istiqamətlər üzrə strateji tərəfdaşlığı qeyd edir.
“Azərbaycan və Amerika Birləşmiş Ştatları dostluq və əməkdaşlıq əlaqələri ilə bağlıdır. Bir sıra sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri daşıyır”, - Əliyev özünün Twitter səhifəsində yazıb.
Həmçinin, prezident vurğulayıb ki, Azərbaycan “beynəlxalq təhlükəsizliyin təminatı üzrə fəaliyyəti davam etdirmək əzmindədir”.
O cümlədən, Əliyev qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi “beynəlxalq hüquq norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. **
A.Əzizov