Azərbaycanda dini radikalizmlə mübarizə çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən Bakının Suraxanı rayonunda 180 dini ədəbiyyat müsadirə edilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi məscidi ətrafında reyd keçirib. Reyd zamanı vətəndaş Kamran Hüseynzadə tərəfindən küçə ticarəti formatında dini təyinatlı ədəbiyyatın qeyri-qanuni satışı faktı aşkarlanıb”, - deyə məlumatda bildirilir.
İlkin baxış və araşdırma zamanı müvafiq icazəsi olmadan satılan, dini radikalizm və ekstremizmin təbliğində şübhəli bilinən 180 dini ədəbiyyat ekspertiza üçün götürülüb. Fakt üzrə müvafiq araşdırma tədbirləri davam etdirilir.*
Ə.Məmmədov