Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın səylərinə böyük ümidlər bəsləyir. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“Azərbaycan Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsində, məcburi köçkünlərin və qaçqınların öz doğma torpaqlarına qayıtmasında və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə və ədalətli şəkildə həll olunmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyir”, - deyə nazir Amerikanın müstəqilliyinin elan olunmasının 243-cü ildönümü münasibəti ilə təşkil olunmuş rəsmi qəbulda bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan və ABŞ iqtisadi sahədə də fəal əməkdaşlıq edir.
"Ötən il iki ölkə arasında ticarət dövriyyəsi $860 mln. olub. Bunun $530 mln.-nu ABŞ-a ixracın, $330 mln.-u isə ölkəmizə idxalın payına düşüb. Bütövlükdə, ABŞ Azərbaycana $13,6 mlrd. birbaşa, Azərbaycan isə ABŞ-a $8,2 mlrd. portfel investisiya yatırıb”, - deyə S.Şərifov vurğulayıb.*
F.İsazadə