Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilə danışıqlar aparacaq. Bu barədə RF Müdafiə Nazirliyindən məlumat verilir.
“Bakıda Baş Qərargah rəisi Valeri Gerasimov Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilə danışıqlar aparacaq”, - nazirlikdən bildiriblər.
“Həmçinin, respublikanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar planlaşdırılır”, - nazirlikdən qeyd ediblər.
Vurğulanıb ki, Gerasimov artıq Azərbaycana işgüzar səfərə gəlib. **