Polşa prezidenti Andjey Duda rafal Poborskini Azərbaycanda yeni səfir təyin edib. Bu barədə “İnterfaks-Azərbaycan”a diplomatik dairələrdən məlumat verilib.
“Dünən prezident Duda Poborskinin Bakıda yeni səfir qismində namizədliyini təsdiq edib. Poborskinin Azərbaycana gələcəyi və səlahiyyətlərinin icrasına başlayacağı tarix hələlik məlum deyil. Hazırda səfirin Azərbaycanda fəaliyyətə başlaması ilə əlaqədar müvafiq prosedurlar davam edir”, - mənbə qeyd edib.
Poborski Azərbaycanda bu postda Mareka Tsalkanı əvəz edəcək.
Öncə Poborski Polşa XİN-in Şərq departamentinin direktor müavini vəzifəsini tutub. **
Ə.Məmmədov