Azərbaycan Worldwide broadband speed league 2019 internetin sürətinə görə reytinqində 207 ölkə arasında 141-ci yerdədir.
Reytinqə əsasən, ölkədə internetin sürəti 3,1 Mbit/s təşkil edir.
Ötən illə müqayisədə Azərbaycan reytinqdə 6 mövqe geriləyib. Ötən il ölkə 200 ölkə arasında 135-ci yerdə qərarlaşıb. Eyni zamanda, ötən illə müqayisədə 0,58 Mbit/s artıb (23,25%).
Bu il reytinqin lideri Tayvan olub. Dövlət səviyyəsində şəbəkənin sürəti 85 Mbit/s təşkil edir. İkinci yerdə Siqapurdur. Üçüncü yerdə 67,5 Mbit/s internet sürəti ilə Normandiyanın Cersi adası qərarlaşıb.
Rusiya 14,9 Мbit/s internetin sürəti ilə 54-cü, Belarus – 57-ci, Ukrayna – 81-ci, Gürcüstan – 88-ci yerdədir. Ermənistan siyahıda 110-cu, Qazaxısatn – 113-cü, Qırğızıstan – 155-ci yerdədir. **
Ə.Məmmədov