Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) Dağıstan üzrə İdarəsi Azərbaycandan 118,22 ton müxtəlif kənd təsərrüfatı məhsulunun Rusiyaya idxalına icazə verməyib.
“Yaraq-Qazmalar” buraxılış məntəqəsində idarənin mütəxəssisləri tərəfindən karantin obyektləri ilə yoluxmuş məhsullar aşkarlanıb. Xüsusilə Azərbaycandan 32,3 ton pomidor, 53,4 ton gilas, 19,92 ton noxud və 13 ton çiyələyin idxalına qadağa qoyulub”, - deyə idarənin məlumatında bildirilir.
“Qanunvericiliyin tələblərinə uyğun olaraq yüklər Azərbaycan ərazisinə qaytarılıb, ixracatçılar və təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb olunublar”, – deyə məlumatda qeyd olunur.*
N.Abbasova