Cari ilin yanvar-iyun aylarında Azərbaycanda orta gündəlik neft hasilatı 771 min barrel təşkil edib. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“OPEC+ çərçivəsində gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. I yarımillikdə Azərbaycanda neft hasilatı 771 min barrel təşkil edib”, - məlumatda deyilir.
2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.
2018-ci il dekabrın 7-də əldə olunmuş OPEC+ razılaşmasına əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaqla bağlı öhdəlik götürüb. 2019-cu ilin iyul ayında Vyanada OPEC+ üzvü olan 24 ölkənin neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay – 2020-ci ilin mart ayının sonunadək uzadılması ilə bağlı razılıq əldə olunub. **
N.Abbasova