Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə çərşənbə günü Gürcüstanın Bakıdakı yeni təyin edilmiş baş konsulu Nikoloz İaşvilini qəbul edib. Bu barədə nazirlikdən məlumat verilir.
“İaşvili baş konsul təyinatı ilə əlaqədar patent sənədini Mirzəzadəyə təqdim edib”, - məlumatda deyilir.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı strateji münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.
Mirzəzadə baş konsul İaşviliyə gələcək fəaliyyətində uğurlar arzulayıb. **
F.İsazadə