Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu qəbul edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Azərbaycan prezidenti İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimovu qəbul edib. V.Gerasimov, həmçinin Azərbaycanın müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla görüşüb”, - deyə məlumatda bildirilir.
Görüşdə tərəflər beynəlxalq və regional təhlükəsizlik problemlərini, eləcə də hərbi və hərbi-texniki əməkdaşlığa dair aktual məsələləri müzakirə ediblər.
Tərəflər əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Qeyd edək ki, V.Gerasimov Bakıda NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolterslə görüşəcək.*