Ukrayna 2019-cu ilin birinci yarısında neft və neft xammalı idxalını 2018-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 23,2% - 319,698 min tonadək azaldıb.
“Hesabat dövründə Ukrayna $165,235 mln. məbləğində neft idxal edib, bu da 2018-ci ilin yanvar-iyun aylarının göstəricisindən 27,3% azdır”, - Ukrayna mətbuatı bu ölkənin Dövlət Fiskal Xidmətinin məlumatına istinadən məlumat verir.
Xüsusilə, 2019-cu ilin birinci yarısında Azərbaycandan $159,99 mln. (pay 96,83%), Qazaxıstandan - $2,596 mln. (1,57%), Latviyadan - $2,321 mln. (1,4%), digər ölkələrdən $0,327 mln. (0,2%) dəyərində xammal idxal edilib.
2019-cu ilin yanvar-iyun aylarında Ukrayna $0,053 mln. məbləğində neft və neft xammalı ixrac edib. Bütün həcm iyun ayında Latviyaya tədarük olunub. ** N.Abbasova