İyul ayının sonunda Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mairenin Azərbaycana səfəri gözlənilir. Bunu maliyyə naziri Samir Şərifov deyib.
Nazirliyin məlumatına əsasən, çərşənbə günü Şərifov Bakıda MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönun rəhbərlik etdiyi Fransa nümayəndə heyəti ilə görüş keçirib.
Həmçinin, görüş çərçivəsində Şərifov Fransa nümayəndə heyətini Azərbaycanda həyata keçirilən islahatlarla tanış edib.
Öz növbəsində, Beziön qeyd edib ki, Fransa şirkətləri Azərbaycan üçün vacib olan istiqamətləri öyrənmək, bütün iqtisadi potensialından istifadə etmələri üçün ölkədə aparılan islahatlarla yaxından tanış olmaq niyyətindədir. **
Ə.Məmmədov