Prezident İlham Əliyev bu gün Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volterslə görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlıq və ölkəmizin Əfqanıstandakı missiyaya töhfəsi məsələlərini müzakirə edib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
İ.Əliyev və T.Volters Bakıda beynəlxalq əhəmiyyətli mühüm görüşlərin keçirilməsindən məmnunluq ifadə ediblər.
“Görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlıq, ölkəmizin Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına töhfəsi məsələləri müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, T.Volters Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimovla görüşmək üçün Bakıda səfərdədir.*
F.İsazadə