Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov əmindir ki, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükə yaradır.
Çərşənbə günü Sadıkov Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov ilə görüşüb.
“Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan Sadıkov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb”, - nazirliyin mətbuat xidməti məlumat verir.
Həmçinin Sadıkov Azərbaycanla Rusiya arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam əsasında aparıldığını, bu əlaqələrin daim inkişaf etdiyini və son illərdə strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini qeyd edib. O, bu məsələdə Azərbaycan və Rusiya liderlərinin mühüm rolunu vurğulayıb.
Gerasimov öz növbəsində hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.
O vurğulayıb ki, Azərbaycanla Rusiya arasında əlaqələr tarixi köklərə əsaslanıe, ölkələr isə strateji tərəfdaşdır.
Həmçinin tərəflər hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və hərbi təhsil sahəsində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, həmçnin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı ilə ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib”, - məlumatda deyilir. **
F.İsazadə