İqtisadiyyat naziri Şahin Mustafayev Fransa ilə qarşılıqlı investisiyaların şaxələndirilməsi, qeyri-neft sektoruna sərmayələrin artırılmasının zəruriliyini qeyd edir.
“İnvestisiyalara gəlinsə isə, Fransa Azərbaycan iqtisadiyyatına $2,2 mlrd. yatırıb, baxmayaraq ki, Azərbaycanın Fransaya sərmayələri $2,6 mlrd. təşkil edib. Fransa şirkətləri Azərbaycanda fəal fəaliyyət göstərirlər. Hazırda onların sayı 45 təşkil dir. Onlar, ümumi dəyəri $6,2 mlrd. təşkil edən dövlət büdcəsindən maliyyələşdirilən 34 layihənin podratçılarıdır. Həmçinin, qeyri-neft sektoruna investisiyaları genişləndirərək qarşılıqlı investisiyaları şaxələndirmək lazımdır” – Mustafayev cümə axşamı Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda deyib.
Onun sözlərinə görə, cari ilin ilk 5 ayında Azərbaycanla Fransanın ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 53% artıb. “Bu vacib göstəricidir. Digər mühüm göstərici ondan ibarətdir ki, Fransanın Cənubi Qafqaz üzrə ticarət dövriyyəsinin 62,4%-i Azərbaycanın payına düşür”, - nazir qeyd edib.
Mustafayev vurğulayıb ki, ticarət dövriyyəsi strukturunu təhlil edərkən, burada əsas istiqamətin energetika olduğunu görmək mümkündür, bu səbəbdən qeyri-neft ticarət dövriyyəsinin genişləndirilməsi üçün tədbirlər görmək lazımdır.
Bununla əlaqədar nazir nəqliyyat və logistika, kənd təsərrüfatı, humanitar məsələlərdə iki ölkə arasında gələcək əməkdaşlıq üçün potensialın mövcudluğunu qeyd edir. **
Ə.Məmmədov