2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanı 1 mln. 409,7 min xarici turist ziyarət edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6,5% çoxdur. Bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Gələnlərin böyük hissəsini Rusiya (414 min nəfər - artım 2,6%) və Gürcüstan (342 min nəfər - artım 22,8%) vətəndaşları təşkil edib.
I yarımillikdə Türkiyədən gəlmiş qonaqların sayı 3,7% artaraq 147,7 min nəfər təşkil edib.
Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında da sürətli artım müşahidə olunur - artım ilin ilk yarısı üçün uyğun olaraq 37,8% və 50,2% olub. Mərkəzi Asiyadan olan turistlərin sayı 54,1 min nəfər (artım 38%), Cənubi Asiyadan olan turistlərin sayı 48,9 min nəfər (artım 50%) təşkil edib.
I yarımillikdə Yaxın Şərq ölkələri və İrandan olan turistlərin sayında azalma qeydə alınıb. Onların sayı müvafiq olaraq 145,2 min və 106,3 min nəfər, azalma isə 4,4% və 27,4% təşkil edib.*
A.Əzizov