SOCAR iyulun 17-də şirkətin istiqrazlarının sahiblərinə 11-ci dəfə faizlər üzrə $1,25 mln. məbləğində ödəniş həyata keçirəcək. Bu barədə "SOCAR Capital" şirkətinin məlumatında deyilir.
"İyulun 17-də SOCAR istiqrazlarının sahiblərinə $1,25 mln. məbləğində vəsait ödəniləcək. SOCAR istiqrazlarının 17 iyul tarixində 2019-cu il üzrə 3-cü, sayca 11-ci faiz ödənişi baş tutacaq. Hər istiqraz üçün $12,5 olmaqla, ümumilikdə$1,25 mln. artıq Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb", - deyə məlumatda bildirilir.
Bununla da istiqraz sahiblərinin ümumi gəliri $13,75 mln.-a yüksəlmiş olacaq.
SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda $175 mln.-u ötüb və 2019-cu ilin ilk yarısında Bakı Fond Birjasında 232, ümumilikdə isə 1,791 min əqd bağlanıb.
SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 mln. dollarlıq həcmdə buraxılıb.
SOCAR istiqrazları dollarda illik 5 faiz gəlir gətirir və faizləri hər 3 aydan bir ödənilir.*
N.Abbasova