2020-ci ildə OPEC-ə daxil olmayan ölkələrdən dünya bazarına gündəlik neft tədarükü 2,44 mln. barel - gündəlik 64,43 mln. bareldən 66,87 mln. barelədək artacaq. Bunu OPEC proqnozlaşdırır.
Bu həcmdən əsas artım ABŞ-ın payına düşəcək (hasilat gündəlik 66,87 mln. barel artacaq). Braziliya gündəlik istehsalını 0,4 mln. barel, Norveç – 200 min barel artıracaq. Həmçinin, Kanada, Rusiya, Avstarliya və Qazaxıstan istehsal həcmini artırmağı planlaşdırır. Meksika, Böyük Britaniya, İndoneziya və Tayland neft istehsalında azalma nümayiş etdirəcək.
Belə ki, 2020-ci ildə ABŞ 20 mln. barel həddini keçəcək və 202,26 mln. barel hasilat həxminə nail olacaq. OPEC-dən gözləyirlər ki, gələn il Rusiya gündəlik istehsal həcmini yalnız 100 min barel – 11,49 mln. barelədək artıracaq. **