OPEC ölkələri iyunda gündəlik neft hasilatını may ayı ilə müqayisədə 68 min barrel - 29,83 mln. barrelədək azaldıb. Bu barədə kartel ikinci dərəcəli mənbələrə istinadən yazır.
Belə ki, ötən ay İranda gündəlik neft hasilatı 142 min barrel - 2 mln. 225 min barrelədək, Liviyada 58 min barrel - 1 mln. 113 min barrelədək azalıb.
Səudiyyə Ərəbistanı neft hasilatını 126 min barrelədək artırsa da, bu, OPEC+ çərçivəsində neft hasilatının azaldılması üzrə götürülmüş öhdəliklərdən 500 min barrel çoxdur.
“İnterfaks”ın hesablamalarına görə, iyunda OPEC ölkələri sövdələşməni 122% yerinə yetirib, yəni neft hasilatını OPEC+ razılaşmasında nəzərdə tutulan həcmdən 175 min barrel çox azaldıb.*