"Bakı Metropoliteni" QSC tikinti, üzlük materialları, mebel və s. məmulatların satınalınması üzrə 3 mln. 592 min 892,68 manat ümumi məbləğdə 11 müqavilə imzalayıb.
www.tender.gov.az saytının məlumatına görə, ən iri müqavilə müxtəlif növ taxta və taxta məmulatlarının satınalınmasına dair “Azeri Home” MMC ilə imzalanıb. Dəyəri – 1 mln. 43 min 745,3 manatdır.
Bundan başqa, "Bakı Metropoliteni" müxtəlif növ tikinti materialları və məmulatların satınalınmasına dair 1 mln. 506 min 492,64 manat məbləğində 6 müqavilə imzalayıb. Müqavilələr «Yurd-F» MMC, «PLT Business» MMC, “Faxraddin-K» MMC, «Karaca Group» MMC, «Sika» MMC və “Zetash Yapi malzemeleri Sanayi ve Ticaret Limited” şirkəti ilə imzalanıb.
O cümlədən "Bakı Metropoliteni" müxtəlif növ üzlük daşlarının və üzlük məmulatlarının satınalınmasına dair 1 mln. 16 min 474,ş84 manat ümumi məbləğdə 3 müqavilə imzalayıb. Tədarükçülər qismində «Leading Supply Solutions» MMC, «Nozze» MMC və «Akabe» MMC cəlb olunub.
Müxtəlif nov mebel və mebel aksesuarlarının satınalınmasına dair “Qardaşlar Mebel-3” MMC ilə 26 min 179,8 manat məbləğində müqavilə imzalanıb. **
N.Abbasova