Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu «AzInterProje» MMC-ni zəruri texniki infrastruktura malik yeni yaşayış qəsəbəsinin layihəsinin hazırlanması prosesinə cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, qəsəbə Füzuli rayonu ərazisində müvəqqəti olaraq məskunlaşmış 95 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub.
Layihələndirmə işlərinin dəyəri 95 min 693,66 manatdır.*
F.İsazadə