Azərbaycan, Belarus, Gürcüstan və Ukraynanın ali audit qurumları arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
Memorandum Tbilisi şəhərində “BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün Şərq Tərəfdaşlıq ölkələrinin Ali Audit Qurumlarının potensialının gücləndirilməsi” layihəsinin açılış toplantısı çərçivəsində imzalanıb.
“Memorandum qanunvericilik bazası, maliyyə, uyğunluq və səmərəlilik auditi metodologiyalarısahəsində görüşlərin, seminarların, təlimlərin və təcrübə mübadilələrinin aparılmasını nəzərdə tutur”, - deyə məlumatda bildirilir.*
Ə.Məmmədov