Birinci Xəzər İqtisadi Forumunun keçirilməsi Rusiyanın stats-katibi, xarici işlər nazirinin müavini Qriqori Karasin və Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov arasında baş tutmuş telefon danışığında müzakirə mövzularından biri olub. Bu barədə Rusiya XİN-in məlumatına deyilir.
“Söhbət zamanı ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional gündəliyə daxil olan məsələlər, eləcə də tərəflərin birinci Xəzər İqtisadi Forumuna hazırlığı məsələsi müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Birinci Xəzər İqtisadi Forumu avqustun 12-də Türkmənistanın “Avaza” milli turizm zonasında keçiriləcək.*