Azərbaycan iyulun 15-də BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında keçiriləcək konfransda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə hesabatı təşkilata təqdim edəcək.
“Hesabatı baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov təqdim edəcək”, - deyə Nazirlər Kabinetinin məlumatında bildirilir.
Ə.Əhmədov ABŞ-a işgüzar səfərə gedib.
Azərbaycan BMT-yə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə ikinci hesabatı təqdim edən 14 ölkədən biri olacaq. Sənəddə sosial sahədə aparılan islahatlar geniş şəkildə əks olunub.
Azərbaycan BMT-yə ilk könüllü milli hesabatı 2017-ci ilin iyul ayında təqdim edib.*
F.İsazadə