2019-cu ilin iyun ayında Azərbaycanda deflyasiya may ayında qeydə alınmış 0,4% səviyyəsində deflyasiyaya qarşı 0,5% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“İyun ayında deflyasiya 0,5% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1% ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin və qeyri-ərzaq mallarının qiymətləri isə dəyişməyib”, - deyə məlumatda bildirilir.
İyun ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,5% (cari ilin may ayının sonuna 2,4%) təşkil edib. Ərzaq məhsullarının qiymətləri 2,7%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,2% bahalaşıb.
Azərbaycan hökuməti 2019-cu il üçün orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır.
2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.*
N.Abbasova