Ukraynanın “Power Pro” MMC şirkəti Azərbaycanda qida və idman gigiyenası məhsullarının birgə istehsalını təşkil etməyi planlaşdırır.
“Power Pro” Azərbaycanda fəaliyyətdə maraqlıdır. Bununla əlaqədar şirkət ölkədə qida və idman gigiyenası məhsullarının istehsalının təşkili məqsədilə Azərbaycan şirkətləri ilə əməkdaşlığa dair təklifləri nəzərdən keçirməyə hazırdır”, - “İnterfaks-Azərbaycan”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər.
“Power Pro” MMC şirkəti 2012-ci ildən etibarən fəaliyyət göstərir. Bu gün “Power Pro” brendi ilə 200-dən artıq idman qida növü buraxılır.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.** N.Abbasova