2019-cu ilin birinci yarısında SOCAR-ın qazma idarələri tərəfindən 81,896 min metr həcmində qazma işləri həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-iyun aylarında şirkət təxminən 80 min metr qazma işi həyata keçirib. Beləliklə, 2019-cu ilin birinci yarısında SOCAR üzrə aparılan qazma işlərinin həcmi 2,4% artıb.
Cari ilin II rübündə şirkət üzrə 41,593 min metr qazma işi aparılıb.*
N.Abbasova