Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında hərtərəfli əməkdaşlığın dərinləşəcəyinə əmindir.
Dövlət başçısı bu gün Avropa İttifaqı Şurasının yeni prezidenti Şarl Mişelə təbrik məktubu göndərib.
“Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik”, - deyə Azərbaycan prezidentinin saytında dərc olunmuş təbrikdə bildirilir.
İ.Əliyev Ş.Mişelə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.*
F.İsazadə