2019-cu ilin birinci yarısında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 399,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada tikinti əhəngi istehsalında 50,1% - 22 min tonadək, sement, süni daş və betondan tikinti blokları və kərpic, süni daş və ya beton istehsalında 14,8% - 59,2 min tonadək, asfalt istehsalı 43,7% - 122,4 min tonadək, tikinti kərpici istehsalı 62,2% - 205,2 min kubmetrədək, hazır beton qarışığı istehsalında 20,5% - 781,8 min tonadək, işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 53% – 16,206 min tonadək artım qeydə alınıb.
Bu dövrdə sement istehsalında 5,2% - 1 mln. 607,8 min tonadək, tikinti gipsi istehsalında 81,7% - 4,3 min tonadək, beton konstruksiya istehsalında 45,6% - 22,7 min kubmetrədək azalma qeydə alınıb.**
N.Abbasova