Sentyabrın 12-14-də Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi “Adprint 2019” keçiriləcək.
“Adprint 2019” sərgisi reklam sənayesi sahəsində ölkədə və regionda yerli və xarici mütəxəssisləri bir araya gətirən yeganə beynəlxalq sərgidir.
Reklam xidmətlərinin sifarişçilərinin reklam agentlikləri, tipoqrafiyalar, istehsalçı və distribüterlər ilə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq yollarının müzakirəsi üçün unikal işgüzar platformadır.
Üç gün ərzində sərgiyə 3 minədək ziyarətçinin qatılacağı gözlənilir.
Sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək.*
F.İsazadə